• DÜNYA

    01:22 2 may 2019

Böyük Britaniyanın Baş naziri Tereza Mey müdafiə nazirini dəyişib

Böyük Britaniyanın Baş naziri çərşənbə axşamı Müdafiə Nazirliyinə yeni rəhbər təyin edib.

ONA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, yeni müdafiə naziri beynəlxalq inkişaf naziri Penni Mordontdu.

Baş nazirin bu addımı atması heç də təsadüfi olmayıb. Bildirilir ki, Milli Təhlükəsizlik Şurasının toplantısından rəsmi məlumatların sızması yeni təyinata qədərki müdafiə naziri Gevin Uilamsonun vəzifədən kənarlaşdırılmasına səbəb olub.

Penni Mordontun əvvəlki vəzifəsinə isə İngiltərə həbsxana sisteminə nəzarət edən ədliyyə nazirinin müavini Rori Styuart gətirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR