• DÜNYA

    18:06 12 aprel 2020

Böyük Britaniyanın Baş naziri xəstəxanadan evə buraxılıb

Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanadan evə buraxılıb.

ONA-nın Böyük Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazirin sözçüsü məlumat verib.

Boris Consonun müalicəsi davam etdiyi üçün həkimlərin tövsiyəsi ilə o, dərhal işə geri dönməyəcək, Çequersdəki Baş Nazirə məxsus evdə müalicəsini davam etdirəcək.

Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, virusun simptomları hələ də özünü göstərir və yüksək hərarəti var. Aprelin 5-də B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 9-da axşam saatlarında isə Boris Conson reanimasiyadan palataya köçürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR