Böyük Britaniyanın "Brexit" naziri Kris Heaton Harris Aİ-dan ayrılma prossesini tənqid edib.
ONA-nın London bürosunun verdiyi xəbərə görə, bu barədə o, verdiyi yazılı açıqlamada bildirib : "Mən, sadəcə, Aİ-dən ayrılma prosesinin daha da uzadılmasını dəstəkləmirəm və bu, açıq-aşkar o deməkdir ki, mən hökumətdə qala bilmərəm”.
O bildirib ki, prossesin uzadılması siyasi sistemə, partiyalardakı nüfuzlu şəxslərə olan inamı azaldır: “Mən inanıram ki, Aİ-dən hər hansı bir razılaşmasız da ayrılsaq, xalqımız yaranan problemləri aradan qaldıra bilər”.
Qeyd edək ki, istefa qərarı Böyük Britaniyanın baş naziri Tereza Meyin “Brexit”in vaxtını uzatmaq üçün Leyboristlər partiyasının lideri Ceremi Korbinlə görüşü zamanı açıqlanıb.