"Böyük yeddilik” ölkələrinin xarici işlər nazirləri, eləcədə Aİ-nın xarici işlər və təhlükəsizlik komissarı F. Moqerini Liviyadakı vəziyyətlə bağlı birgə bəyanat qəbul ediblər.
ONA TASS-a istinadən xəbər verir ki, sənəddə Liviyadakı vəziyyətdən narahatlıq ifadə olunub.
Münaqişə tərəfləri Tripoli ətrafındakı hərbi əməliyyatları dayandırmağa, vətəndaş müharibəsinə yol verməmək üçün güc variantından imtina etmək və danışıqlara başlamağa çağırılıb.
“Yeddilik” ölkələri eyni zamanda BMT-nin münaqişənin həll variantının tapılması istiqamətindəki səylərini dəstəklədiklərini də bəyan ediblər.