• DÜNYA

    03:59 9 aprel 2019

Braziliya Venesuelaya qarşı hərbi əməliyyatlarda iştirak edə bilər

Velesuelaya qarşı hərbi müdaxilə tətbiq olunarsa, Braziliya da belə bir əməliyyatda iştirak edə bilər.

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Braziliya prezidenti Jair Bolsonaru deyib.

O bildirib ki, hərbi müdaxilə olacağı təqdirdə ölkəsinin də bu konfliktə qoşulacağı ilə bağlı məsələni Braziliya parlamenti ilə müzakirə edəcək.

Məlumata görə, belə bir açıqlamanı prezident yerli “Jovem Pan” radiosunda çıxışı zamanı verib. Müsahibə zamanı o, həmçinin qeyd edib ki, Venesueladakı siyasi vəziyyət “hazırkı şəkildə qala bilməz”.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR