Braziliyada baş vermiş ağır yol qəzası nəticəsində azı 21 nəfər ölüb, 33 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “G1” portal məlumat yayıb.
Məlumata görə, ölkənin cənubundakı Parana ştatının ərazisində hələlik bilinməyən səbəbdən avtobus dayanacağa çırpılaraq xəndəyə düşüb.
Bundan bir qədər əvvəl portal qəzada 12 nəfərin ölməsi, 9 nəfərin isə xəsarət alması barədə məlumat vermişdi. Qəza zamanı avtobusda ümumilikdə 59 nəfər olub.
Xilasedicilər zərərçəkənləri xəstəxanalara aparıblar, onlardan yeddisinin vəziyyəti ağırdır. Polis hadisənin səbəblərini araşdırır.