Braziliyada son sutka ərzində yeni köv koronavirusa (COVİD-19) yoluxan 111 nəfər ölüb.
APA-nın “epd” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirsdan ölənlərin sayı 86 min nəfəri ötüb.
Braziliyada koronavirusa yoluxanların sayı isə 2,3 milyon nəfərdən çoxdur.
Qeyd edək ki, Braziliya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci pillədə qərarlaşıb.