• DÜNYA

    07:11 17 may 2020

Braziliyada koronavirusdan ölənlərin sayı 15,5 mini keçib

Braziliyada son sutkada yeni növ koronavirusdan 816 nəfər ölüb, eyni diaqnozdan ölənlərin ümumilikdə sayı 15 633 nəfərdir.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunur.

Daha 2304 ölüm faktı analiz olunur.

Son sutkada 14 919 nəfərdə COVID-19-a yoluxma təsdiqlənib, ümumilikdə ölkədə 233 142 nəfər bu virusa yoluxub. 89 672 nəfər isə sağalıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR