Naməlum silahlı qrup Braziliyanın San-Paulo beynəlxalq hava limanının yük terminalından təxminən 1 ton qızıl oğurlayıb.
ONA xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.
Məlumata görə, beşnəfərlik silahlı qrup üzvləri maskalı olub. Onlar terminal ərazisinə daxil olmaq üçün ölkənin federal polisinin avtomobillərinə uyğun rəng və xüsusi siqnalları olan avtomobillər seçiblər.
Avtomobillərdən biri terminala girişi qoruyub, digər dəstə üzvləri isə içəridə inkassasiya avtomobilini və mühafizə rəisini ələ keçiriblər. Sonradan ərazidən qaçan naməlum silahlılar öz avtomobillərini orada atıb, təcili tibbi yardım maşını ilə ərazidən uzaqlaşıblar. Hazırda polis həmin şəxsləri axtarır.