• DÜNYA

    23:30 28 iyun 2020

Braziliyada ziyafət zamanı qonaqlara atəş açılıb, 4 nəfər ölüb, 11 nəfər yaralanıb

Braziliyanın Rio-de-Janeyro şəhərində ziyafət zamanı atışma nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

Hadisə bazar günü gecə meqapolisin şimalında baş verib.

Məlumata görə, koronavirus epidemiyası ilə əlaqədar kütləvi tədbirlərin qadağan olmasına baxmayaraq, yerli sakinlər gecəqondu ərazilərdə ənənəvi yay tətillərinin şərəfinə bir ziyafət təşkil ediblər. Şahid ifadələrində bildirilib ki, həmin əraziyə maşınla gələn naməlum şəxslər insanlara atəş açmağa başlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı istintaq başladılıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR