• DÜNYA

    12:09 28 fevral 2019

Böyük Britaniya vətəndaşlarının Şengen ölkələrinə səfəri ilə bağlı yeni qaydalar təsdiqlənib

Böyük Britaniya Avropa İttifaqını razılaşmasız tərk edəcəyi təqdirdə ölkə vətəndaşları üçün səyahətlə bağlı yeni passport qaydalar qəbul edilib.
ONA xəbər verir ki, bu barədə hökumətin rəsmi saytı məlumat verib.
Yeni qaydalar Şenqen ölkələrinə səyahət edərkən tətbiq olunacaq.
Qaydalara əsasən, 2019-cu ilin martın 29-dan sonra Britaniya vətəndaşları səyahət edərkən pasportun vaxtının başa çatmasına ən azı 6 ay qalmalıdır. Əgər pasport vaxtı keçmədən yenilənibsə, o zaman pasportun başa çatma tarixinə daha 9 ay əlavə ediləcək.
Bolqarıstan, Xorvatiya, Kipr və Rumıniya Şenqen ərazisinə daxil olmadığından bu ölkələrə səyahət zamanı başqa qaydalar tətbiq olunacaq.
Məlumatda qeyd edilir ki, əgər pasport yeni qaydalara uyğun deyilsə, bu zaman vətəndaşlar səyahət etmədən öncə yeni pasporta müraciət etməlidirlər.
Qeyd edək ki, baş nazir Tereza Mey martın 12-nə qədər ölkəsinin Aİ-dən çıxması ilə bağlı düzəliş edilmiş razılaşmasını ikinci dəfə parlamentdə səsverməyə təqdim edəcək. Bundan öncə yanvarın 15-də Böyük Britaniya parlamenti razılaşmanın ilkin versiyasını 230 rekord səs çoxluğu ilə rədd etmişdi.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR