Böyük Britaniya parlamenti hökumətin "Brexit"-in vaxtının dəyişməsinə dair təklifini dəstəkləyib.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, Britaniyanın Avropa İttifaqından çıxma vaxtının dəyişməsinə 412 deputat lehinə səsverib, 202 millət vəkili isə əleyhinə çıxıb.
Beləliklə, Britaniya hökuməti "Brexit"-in vaxtınının dəyişdirilməsi haqda Aİ-na yaxın zamanda sorğu göndərməlidir.
Avropa Komissiyası artıq bu məsələyə öz fikrini bildirib. Brüsseldən bildiriblər ki, "Brexit"-in vaxtının təxirə salınması haqda qərarı Avropa İttifaqına üzv olan 27 ölkə birgə verməlidir.