“Brexit”lə bağlı Avropa İttifaqı Şurasının fövqəladə sammiti keçiriləcək.
ONA-nın London bürosunun verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk özünün “twitter” hesabında yazıb. Qərar bu gün Böyük Britaniya parlamentində “Brexit”lə bağlı razılaşmanın 3-cü dəfə rədd edilməsindən sonra verilib: “Səsvermənin nəticəsi olaraq mən Avropa İttifaqı Şurasının aprelin 10-da iclasını çağırmağı qərara aldım”.