“Çin tənzimləyicisinin BBC-nin yayımını qadağan etməsi barədə qərarı qəbuledilməzdir”.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab açıqlamasında bildirib.
Nazir deyib ki, Çinin bu addımı media azadlığına qarşı qəbuledilməz bir məhdudiyyətdir: “Çin dünyada media və internet azadlığı ilə bağlı ən sərt məhdudiyyətlərə sahibdir və bu son addım Çinin dünya səviyyəsində nüfuzunu daha da pisləşdirəcək".
Xatırladaq ki, ötən gün Çinin Milli Radio və Televiziya Tənzimləyicisi BBC-nin ölkə ərazisində yayımını qadağan edib. Əsas kimi etibarlılıq və qərəzsizlik prinsipinin pozulması göstərilib.