Britaniyanın "British Airways" Hava Yolları bir neçə Avropa ölkələrinə yüzlərlə təyyarə uçuşunu koronavirusa görə dayandırıb.
APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, sözügedən şirkəti Britaniyanın "Heathrou" hava limanından İtaliya, Fransa, Avstrya, Belçika, Almaniya, İsveçrə, İrlandiya və Nyu-Yorkun "JFK" hava limanına olan uçuşları təxirə salıb.
Bununla yanaşı, Britaniyanın "Gatwick" hava limanından İtaliya, Albaniya və Fransaya olan uçuşlar da ləğv edilib.
Hava yollarının məlumatına görə, bu dəyişiklik 16-28 mart tarixləri arasında olan uçuşlara təsir edəcək.