• DÜNYA

    06:57 26 mart 2019

Britaniya hökuməti XİN rəhbərinin müavinini "Brexit"ə görə istefaya göndərib

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Alister Bert hökumətin “Brexit” mövqeyi ilə razılaşmadığına görə vəzifəsindən uzaqlaşıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Associated Press” hökumətə yaxın mənbəyə istinadən xəbər yayıb.

Bir müddət əvvəl Britaniya parlamentinin İcmalar Palatası “Brexit”in müqavilə razılaşması şərtlərinə müxtəlif alternativlər üzrə bir neçə layihə üzərində işləmək üçün səsvermə çağırıb. Baş nazir Tereza Mey bu səsverməyə qarşı çıxmağa səslənsə də, 30 mühafizəkar yenə də səsverməni dəstəkləyib.

Onların arasında A.Bert və biznes, energetika və sənaye strategiyası məsələləri üzrə nazir müavini Riçard Harrinqton da olub. R.Harrinqton da istefaya göndərilib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR