• DÜNYA

    21:53 29 may 2019

Britaniya nəşri: “Bakı haqqında bilinməyən beş fakt”

Britaniyanın nüfuzlu “Evening Standart” nəşri “Bakı haqqında bilinməyən beş fakt” adlı məqalə dərc edib.

ONA-nın London bürosunun verdiyi xəbərə görə, yazıda ilk maraqlı fakt olaraq Bakının “küləklər şəhəri” olaraq da tanındığı qeyd edilib.

Bakının dünyada dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxt olduğu oxucuların diqqətinə çatdırılıb.

Daha sonra iki miliyondan çox demoqrafiq göstəriciyə sahib olan Bakının Qafqazdakı Xəzər regionunda ən böyük şəhər olduğu qeyd edilir: “Bakı həm dənizdə, həm quruda böyük neft yataqları ilə zəngin şəhərlərdən biri hesab olunur”.

Yazının davamında “Kiçik Venesiya” haqqında məlumat verilir, şəhərdə möhtəşəm memarlıq nümunələrinə, xalçalara həsr olunmuş muzeylərdən bəhs edilir.

“Zaha Hadidin dizayn etdiyi Heydər Əliyev Mərkəzi, Alov Qüllələri Bakının möhtəşəm arxitektura nümunələri arasındadır. İçəri Şəhərdə isə siz şəhərin qədim abidələri ilə tanış ola bilərsiniz”,- deyə məqalədə qeyd edilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR