• DÜNYA

    03:36 28 mart 2019

Britaniya parlamentariləri "Brexit"in yeni tarixi ilə bağlı səsvermə keçirib

Böyük Britaniya parlamentariləri, gözlənildiyi kimi, “Brexit”in yeni tarixinin təyinatı ilə bağlı qanunvericilik üzrə səsvermə keçirib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeni tarixin lehinə 441 deputat, əleyhinə 105 deputat səs verib.

Beynəlxalq qanunvericilik baxımdan, “Brexit”in vaxtı artıq dəyişdirilib. Əvvəlcə Britaniya Avropa Birliyindən martın 29-da çıxmalı idi. Ancaq baş nazir Tereza Mey parlamentin müvafiq qərarından sonra “Brexit”in təxirə salınması üçün Brüsselə müraciət edib.

Əldə olunmuş razılığa əsasən, Britaniya AB-ni ya mayın 22-də, ya aprelin 12-də tərk edəcək.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR