Böyük Britaniya parlament üzvəri “Brexit” prosesində növbəti addımları atmaq üçün səsverməyə təqdim olunan təkliflər barədə razılıq əldə edə bilməyiblər.
ONA-nın Britaniya bürosunun “BBC News”a istinadən verdiyi xəbərə görə, parlamentdə “Brexit”də alternativ təkliflər səsverməyə təqdim edilib.
Ancaq parlament üzvlərinə təqdim edilən 4 müxtəlif təkliflərdən heç birində razılıq əldə olunmayıb. Britaniyanın "Brexit" sonrası gömrük birliyində qalma təklifi yalnız 3 səslə rədd edilib
Qeyd edək ki, ötən həftə Böyük Britaniya parlamenti Tereza Meyin təqdim etdiyi sazişi 3-cü dəfə rədd edib.
Tereza Mey ya Aİ-dən çıxmaq üçün qoyulan 12 aprel tarixini uzatmalı, ya da Aİ-dən heç bir razılaşma əldə etmədən ayrılmalıdır.
Aytən Abbaslı