Britaniya parlamenti Avropa Birliyi ilə "Brexit"ə dair razılaşmanı növbəti dəfə rədd edib.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, çərşənbə axşamı keçən səsvermə zamanı 391 deputat razılaşmanın əleyhinə çıxıb, lehinə isə 242 millət vəkili səs verib.
Tereza Meyin təqdim etdiyi sənədin qəbul olunmayacağı haqda əvvəlcədən bilinirdi. Müxalifətdən başqa öz partiyasından olan deputatların bir qismi də baş nazirə qarşı çıxıblar.
Səsvermə növbəti günlər davam olunacaq.