Böyük Britaniya Parlamentinin İcmalar Palatası ötən axşam ölkənin Avropa Birliyindən çıxmasına dair razılaşmanı təsdiqləyib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, qanun layihəsi Lordlar Palatası tərəfindən təsdiqlənərsə, Britaniya yanvarın 31-də Avropa Birliyini tərk edəcək.
330 deputat razılaşmanın lehinə, 321 deputat isə əleyhinə səs verib. Sənəd baxılması üçün yuxarı palatanın nəzərinə təqdim edilib, sonra isə kraliçanın razılığı alınmalıdır.
“Brexit”dən sonra 2020-ci ilin sonuna qədər davam edəcək bir keçid dövrü başlayacaq. Bu müddət ərzində London və Brüssel bütün sahələrdə gələcək əməkdaşlıq üçün formatlar hazırlamalıdırlar.