• DÜNYA

    04:17 2 iyun 2019

Britaniya polisi La-Manş boğazından keçmək istəyən 74 miqrantı saxlayıb

Britaniya sərhədçiləri şənbə günü qayıqlarla La-Manş boğazını keçərək Birləşmiş Krallıq sahillərinə çıxmaq istəyən 74 qeyri-leqal miqrantı saxlayıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Independent" nəşri məlumat yayıb.

Məlumata görə, miqrantlar 8 qayıq vasitəsilə boğazı keçmək istəyib. Saxlanılanlar arasında bir neçə uşaq da var. Səkkiz nəfər sahilyanı Şərqi Susseks qraflığındakı Uinçelsi şəhərciyinə çatıb.

Qeyd olunur ki, miqrantlar bütün yollardan istifadə edərək Britaniya ərazisinə daxil olmağa çalışırlar. Onları burada qaçqın statusu və maliyyə imkanı əldə etmək üçün social proqramlardan yararlanmaq şansı gözləyir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR