• DÜNYA

    15:21 29 may 2019

Britaniyada baş nazir postuna real namizəd Boris Conson məhkəmə qarşısına çıxacaq

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson məhkəmə qarşısına çıxacaq.

ONA-nın London bürosunun “BBC”yə istinadən verdiyi xəbərə görə, Boris Conson 2016 il Brexitlə bağlı referendum kampaniyası zamanı ictimaiyyətə yanlış informasiya verməkdə günahlandırılıb.

Markus Ball adlı biznesmenin şikayəti əsasında bu ilin fevralında başladılmış cinayət ili ilə bağlı hakim bu gün Boris Consonun məhkəmə qarşısına çıxması haqqında qərar verib. Markus Ball iddia edib ki, Boris Conson 2016-cı ildə aparılan referendum kampaniyası çərçivəsində Britaniyanın Aİ-yə göndərdiyi pulun həftədə 350 milyon funt sterlinq olduğunu deyərək xalqı aldadıb.

Qeyd edək ki, baş nazir Tereza Mey vəzifəsini tərk etdikdən sonra Boris Conson baş nazir və Mühafizəkarlar partiyasının rəhbəri postuna ən real namizəddir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR