• DÜNYA

    21:49 24 oktyabr 2019

Britaniyada dekabrın 12-də erkən seçkilər keçirilə bilər


Boris Conson dekabrın 12-də erkən seçkilərin keçirilməsini istəyir.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, o, parlament üzvlərinin erkən seçkilərə razı olduqları təqdirdə onlara “Brexit”lə bağlı anlaşmanı nəzərdən keçirmək üçün əlavə vaxt verəcəyini bildirib. O, Leyboristlər partiyasının lideri Ceremi Korbindən erkən seçkilərə dəstək verməsini istəyib.

Qeyd edək ki, B.Conson erkən seçkilərin keçirilməsi üçün üçdə iki səs çoxluğu əldə etməlidir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR