Böyük Britaniyanın Kent qraflığında kimyəvi maddənin sızması nəticəsində azı 57 nəfər xəsarət alıb.
APA “Sky News” telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla 14:20-də Meydstoun şəhərində baş verib.
Bildirilir ki, həkimə müraciət edən şəxslər nəfəs problemlərindən şikayətləniblər. Eyni zamanda xəstələrin heç birinin vəziyyətində ağırlaşma müşahidə edilməyib.
“Nəfəs problemləri ilə əlaqədar şikayət edən 57 nəfərə yerində köməklik göstərdik. Bəziləri evə buraxılıb. Hazırda heç bir xəstənin vəziyyəti ağır qiymətləndirilmir”, - deyə “Association Press” agentliyi İngiltərənin cənub-şərq sahilinin təcili tibbi yardım xidmətinin mətbuat katibliyinə istinadən sitat gətirib.
Hadisənin digər təfərrüatları, sızıntının harada baş verdiyi və hansı maddənin sızdığı hələlik məlum deyil.