• DÜNYA

    06:20 20 dekabr 2020

Britaniyada koronavirusa yoluxanların sayı 2 milyonu keçib

Britaniyada son sutkada 27 052 nəfər koronavirus infeksiyasına yoluxub. Bununla da koronavirusa yoluxanların ümumi sayı 2 004 219 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 534 nəfər isə koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 67 075 nəfərə çatıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR