• DÜNYA

    01:33 22 mart 2020

Britaniyada koronavirusdan ölənlərin sayı 233 nəfərə çatıb

Böyük Britaniyada koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 233-ə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə İdarəsi tərəfindən yayılan açıqlamada bildirilir.

Bundan bir gün əvvəl yeni növ koronavirus səbəbindən ölənlərin rəsmi sayı 177 nəfər idi. Virusa yoluxanların ümumi sayı ilə bağlı statistika isə hələlik yenilənməyib və 3983 nəfər təşkil edir.

Hazırda Böyük Britaniya hakimiyyəti xəstəlik üçün yalnız riskli insanlardan, həm də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən xəstələrdən testlər alır. Yüngül simptomları olanlara, ümumiyyətlə, həkimlə məsləhətləşməmək və yeddi gün ərzində özünü izolyasiya etmək tövsiyə olunur.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR