• DÜNYA

    05:36 1 sentyabr 2019

Britaniyada kütlə parlamentin fəaliyyətinin dayandırılmasına etiraz edib 


Böyük Britaniyada Baş nazir Boris Consonun Brexitə qədər parlamentin fəaliyyətini dayandırması qərarına qarşı nümayişlər keçirilir.

APA BBC-yə istinadla xəbər verir ki, minlərlə etirazçı London, Manchester, Leeds, York və Belfast da daxil olmaqla, müxtəlif şəhərlərdə küçələrə çıxıb.

Çərşənbə günü Conson Kraliça II Yelizavetadan parlamentin fəaliyyətini dayandırmasını istəyib. Bu qərar millət vəkilləri və "müqaviləsiz Brexit" əleyhdarlarının qəzəbinə səbəb olub.

Yenidən Edinburq, Kambric, Ekseter, Glasqou, Birmingham də daxil olmaqla, 30-dan çox şəhərdə etirazların təşkil olunacağı gözlənilir.

Oxford şəhərində plakatlar tutan dəstələr Consonun təhsil aldığı Balliol Kollecinin qarşısında toplaşıb. "Çevrilişi dayandır" adlı etirazlar, "Başqa Avropa Mümkündür" adlı Brexit əleyhdarı olan bir təşviqat qrupu tərəfindən təşkil edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR