Britaniyada tibbi avadanlıqların, dərman vasitələrinin pilotsuz uçuş aparatları ilə (PUA) xəstəxanalara çatdırılmasının sınaqları həyata keçiriləcək.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat naziri Qrant Şapps məlumat verib.
“Tibb məhsullarının xəstəxanalara çatdırılmasında PUA-dan istifadəyə “yaşıl işıq” verdim. Sınaqlar gələn həftə başlayacaq, PUA yükü Uayt adasındakı Müqəddəs Meri xəstəxanasına çatdıracaq”, - nazir belə deyib.