• DÜNYA

    06:22 15 yanvar 2021

Britaniyada son sutkada 48 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Böyük Britaniyada son sutka ərzində 48 682 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 260 258 nəfərdir.

Son sutka ərzində 1248 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 86 015 nəfərə çatıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR