• DÜNYA

    22:24 31 yanvar 2021

Britaniyada son sutkada koronavirusdan 1200 nəfər dünyasını dəyişib

Böyük Britaniyada son sutka ərzində 1200 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 105 571 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 23 275 nəfər koronavirusa yoluxub.

Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 796 088 nəfərdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR