Böyük Britaniyada son sutka ərzində 1820 nəfər koronavirusdan həyatını itirib.
Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir. Bundan öncəki ən yüksək göstərici isə dünən 1610 nəfərin ölümü ilə qeydə alınıb.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.
Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 93 290 nəfərdir.
Son sutka ərzində 38 905 nəfər koronavirusa yoluxub. Bununla da koronavirusa yoluxanların ümumi sayı 3 505 754 nəfərə çatıb.