Britaniyada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
  • DÜNYA

  • 04:16 01 Yanvar 2021

Britaniyada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Böyük Britaniyada son sutkada 55 892 nəfər koronavirusa yoluxub. Bu,  pandemiyanın başlanğıcından etibarən qeydə alınan ən yüksək göstəricidir. 

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, son yoluxma sayı dekabrın 29-da qeydə alınan statistikanı da (55 135) geridə qoyub. 

Bununla da hazırda koronavirusa yoluxanların ümumi sayı 2 488 780 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə 964 nəfər koronavirusdan həyatını itirib. Hazırda koronavirusdan ölənlərin ümumi sayı 73 512 nəfərə yüksəlib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR