“Heç kim İranın nüvə silahı əldə etməsini istəmir”
ONA xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Brüsseldə jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Xarici İşlər Naziri Ceremi Hant bildirib.
O, əlavə edib ki, mövcud durumda İranla Amerika Birləşmiş Ştatları arasında toqquşma riski yaşanmaqdadır:
“Biz tərəflər arasında toqquşmaların yaşanacağı ilə bağlı olan risklərdən və bununla da ziddiyyətlərin qeyri-iradi olaraq kəskinləşməsindən narahatıq”.