Böyük Britaniya vətəndaşları üz qabığında “Avropa İttifaqı” sözləri olmayan pasportlar almağa başlayıblar.
ONA TASS-a istinadən xəbər verir ki, yeni pasportlar martın 30-dan verilməyə başlayıb.
Planlara əsasən 2019-cu ilin oktyabrdan pasportların rəngi də dəyişdiriləcək – Aİ ölkələrinə məxsus tünd qırmızı rəngindən Britaniya krallığının ənənəvi tünd göy rənginə.