Böyük Britaniyanın yeni baş nazirinin adı məlum olub.
APA-nın London bürosunun xəbərinə görə, sabiq xarici işlər naziri Boris Conson Mühafizəkarlar partiyasının sədri və ölkəsinin yeni baş naziri seçilib.
B. Conson səslərin 66 faizini toplayaraq öz rəqibini qabaqlayıb.
Qeyd edək ki, Baş nazir və Mühafizəkarlar partiyasının sədri vəzifələri uğrunda B. Conson və hazırkı xarici işlər naziri Ceremi Hunt mübarizə aparırdılar.
Xatırladaq ki, bu ilin may ayında Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verib.