• DÜNYA

    05:52 4 iyun 2020

Britaniyaya səfər edən əcnəbilər 14 günlük özünütəcrid sisteminə məcbur ediləcək

8 iyundan etibarən Böyük Britaniyaya daxil olan şəxslər 14 gün ərzində özlərini təcrid etməli olacaqlar.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Daxili İşlər naziri Priti Patel Aşağı Palatadakı çıxışında bildirib.

O, 8 iyundan etibarən Britaniyaya daxil olan vətəndaşların ölkəyə daxil olduqdan sonra 14 gün ərzində özlərini təcrid etməli olduqlarını, əks təqdirdə 1000 funt-sterlinq cərimələnəcəklərini deyib.

İyunun 8-də başlayacaq yeni sistemə görə, xarici ölkələrdən gələnlər sərhəddə onlayn forma dolduraraq göstərdikləri adresdə 14 gün ərzində özlərini təcrid etməli olacaqlar. Aparılan təsadüfi yoxlanışlar zamanı özünü təcrid etmədiyi müəyyən olunan şəxslər 1000 funt-sterlinq məbləğində cəza alacaqlar. Bəzi hallarda isə xarici vətəndaşlar ölkədən çıxarıla bilər.

P.Patel hökumətin əsas prioritetinin insanların sağlamlığı olduğunu bildirib. Üç həftə davam edəcək yeni sistemlə bağlı qərar üç həftə sonra, 29 iyunda yenidən gözdən keçiriləcək.

Qeyd edək ki, bəzi parlament üzvləri və turizm şirkətləri turizm və aviasiya sahələrinə daha da zərər verəcəyini bildirərək yeni özünütəcrid sisteminə qarşı çıxıblar.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR