Brüssel metrosunda sərnişinlərə bıçaqla hücum edilib, 5 nəfər xəsarət alıb
  • DÜNYA

  • 06:07 02 Fevral 2021

Brüssel metrosunda sərnişinlərə bıçaqla hücum edilib, 5 nəfər xəsarət alıb

Brüsselin Molenbek kommunasında yerləşən “Zapadnı Vokzal” metro stansiyasında sərnişinlərə bıçaqla hücum edilib. 

APA yerli “Vivacite” radiostansiyasına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Cinayətkarın polis tərəfindən zərərsizləşdirildiyi bildirilib. 

Hadisənin motivləri araşdırıldıqdan sonra yerli polis baş verənlərin terrorla əlaqəli olmadığını bildirib. 

 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR