"Dorian" qasırğası qərbə doğru hərəkət edir və bu gün Baham adaları sahillərini vuracağı gözlənilir.
ONA-nın xəbərinə görə, bu barədə Qasırğaları İzləmə üzrə ABŞ Milli Mərkəzi məlumat yayıb.
"Dorian" qasırğasının Baham adaları qrupuna daxil olan Abako və Böyük Baham adalarını vuracağı gözlənilir. Qasırğa gələn həftə ABŞ-ın Corciya və Cənubi Karolina ştatlarına çatacaq.
Qeyd edək ki, "Dorian" qasırğası cümə günü çox təhlükəli - dördüncü dərəcəyə çatıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 215 kilometrə çatır. ABŞ-da qasırğanın vuracağı Florida və Corciya sahillərində, o cümlədən Cənubi Karolina ştatında fövqəladə vəziyyət rejimi elan olunub.