• DÜNYA

    11:17 19 mart 2019

Bu gün Gürcüstan prezidenti azərbaycanlılarla görüşəcək

Bu gün Gürcüstan prezidenti Salome Zurabişvi azərbaycanlıların sıx məskunlaşdığı Marneuli rayonuna səfər edəcək.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilir ki, prezident Marneulidə Zurab Jvaniya adına Gürcü Dili Evində kurs keçən tələbələrlə görüşəcək. Bundan sonra S.Zurabişvilinin azərbaycanlıların kompakt yaşadığı kəndlərə və gürcü kəndlərinə də gedəcəyi gözlənilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR