Bu gün Hindistanda parlament seçkilərinin birinci mərhələsi keçiriləcək. Səsvermədə təxminən 900 milyon insanın iştirak edəcəyi gözlənilir.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, Hindistan Seçki Komissiyası bu səsvermənin seçicilərin sayına görə dünya tarixində ən böyük seçki kampaniyası olacağını bildirib.
Səsvermə bütün 29 ştatda və 7 ittifaq ərazisində 7 mərhələ üzrə keçiriləcək: 11 aprel, 18 aprel, 23 aprel, 29 aprel, 6 may, 12 may və 19 may tarixlərində. Səslərin sayılması isə may ayının 23-dək yekunlaşacaq.
Aprelin 11-də 91 seçki dairəsi üzrə səsvermə yerli vaxtla saat 07:00-dan 18:00-dək baş tutacaq.