İndoneziyada bu gün prezident və parlamentin iki palatasına deputatların seçilməsi üzrə səsvermə keçiriləcək.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, 260 milyonluq ən böyük müsəlman ölkəsində keçiriləcək səsvermədə ölkə əhalisinin təxminən 193 milyon nəfəri iştirak edəcək.
Ölkə rəhbəri postu uğrunda iki namizəd – hazırkı prezident Coko Vidodo və ehtiyatda olan general Prabovo Subianto mübarizə aparacaq. Konstitusiyaya əsasən, seçkilərdə ölkənin vitse-prezidenti də seçiləcək.
Hazırkı liderin siyasi birliyini dünyanın ən böyük müsəlman təşkilatlarından biri, 80 milyon üzvü olan “Naxdatul Üləma”nın sabiq rəhbəri 75 yaşlı Maaruf Amin təşkil edib. Onun bu işdə rəqibi 49 yaşlı iş adamı, ölkənin ən varlı adamlarından biri Sandiaqom Uno olacaq.
Parlament seçkilərində isə 16 siyasi partiyadan 245 min namizəd iştirak edəcək.