Bu gün İsraildə ümumi parlament seçkiləri keçiriləcək.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərin nəticəsində 21-ci çağırışla Knessetin (parlamentin) 120 yerlik tərkibi təyin olunacaq.
Bundan sonra İsraildə yeni hökumət qurulacaq və baş nazir müəyyən ediləcək.
İsrail tarixində indiyədək heç bir siyasi partiya parlamentdə 61 yerə sahib ola bilməyib və nəticədə hökumət koalisiyası yaradılıb.