• DÜNYA

    15:55 28 iyul 2019

Bu gün Moskvada güclü külək əsəcək

Rusiya Fövqəladə Hallar Nazirliyi bu gün paytaxt Moskvada güclü külək olacağı barədə xəbərdarlıq edib.

ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 14.00-dan 21.00-a qədər küləyin sürəti saniyədə 17 metrə çatacaq.

Əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə avtomobilləri ağaclardan və zəif bərkidilmiş konstruksiyalardan uzaqda saxlamaq tövsiyə edilib. Piyadalara isə reklam şitlərinin yanından keçməmək və ağacların altına sığınmamaq tövsiyə olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR