• DÜNYA

    08:44 9 iyun 2019

Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Bu gün Qazaxıstan vətəndaşları ölkənin yeni prezidentini seçir.

APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, prezident postu uğrunda yeddi namizəd mübarizə aparacaq.

Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyasından namizəd hazırkı prezident Kasım-Jomart Tokayevdir.

"Ak Jol" demokratik partiyasından isə p prezidentliyə namizəd parlamentin deputatı Daniya Espaevadır. O, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizəd kimi qeydə alınmış ölkədə ilk qadındır.

Namizədlər arasında bir nəfər də jurnalist var. Bu, “Ult Taqdırı” milli-vətənpərvərlik hərəkatından Amirjan Kosanovdu.


Qeyd edək ki, Qazaxıstan Konstitusiyasına əsasən, ölkə prezidenti 5 il müddətinə gizli səsvermə yolu ilə seçilir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR