• DÜNYA

    11:35 1 mart 2019

Bu gündən Ukrayna ilə Gürcüstan arasında gediş-gəliş şəxsiyyət vəsiqəsi ilə olacaq

Bu gündən Ukrayna ilə Gürcüstan arasında gediş-gəliş üçün pasport tələbi ləğv olunur. ONA-nın Gürcüstan bürosuna Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən iki ölkə arasında gediş-gəliş şəxsiyyət vəsiqəsi ilə olacaq. Hər iki ölkənin vətəndaşları ölkədə 90 gün ərzində vizasız qala biləcəklər.

Ukrayna ilə Gürcüstan arasında bu barədə razılaşma ötən ilin oktyabrında əldə olunub.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR