Bu sosial şəbəkədə foto və videoların bəyənmə sayı gizlədiləcək
  • DÜNYA

  • 08:36 19 İyul 2019

Bu sosial şəbəkədə foto və videoların bəyənmə sayı gizlədiləcək


İnstaqram rəhbərliyi şəbəkədə paylaşımlarla bağlı növbəti addım atıb.

APA “CNN”ə istinadla məlumat verir ki, yeni qərar instaqramda paylanılacaq hər hansı bir foto və videonun bəyənmə sayı açıq şəkildə göstərilməyəcək.
İstifadəçilər xəbərdən narahatlıqlarını bildirsələr də, mütəxəssislər bunun səbəbini izah ediblər. “CNN TÜRK”ün müxbiri Səma Akbulut yeni qərarın hansı səbəbdən qəbul edilməsinə aydınlıq gətirmək üçün psixoloq Onur Okan Demirciyə müraciət edib.

Psixoloq qeyd edib ki, foto və ya video paylaşarkən bəzi insanlar onun bəyənilmə dərəcəsinə rəğmən özlərini xoşbəxt, yaxud üzüntülü hiss edirlər. Bu səbəbdən, insanların psixoloji sarsıntı keçirməməsi üzündən İnstaqram mütəxəssisləri bəyənməni gizli etməyə qərar veriblər.

Həmçinin qeyd edilir ki, bu addımın atılmasında məqsəd paylaşımların nə qədər bəyənmə sayı yığmasına deyil, onlara nə qədər önəm verilməsinə diqqət çəkməkdən ibarətdir.

Yeni tətbiqin qaydalarına görə foto, videoların bəyənilmə sayı bəlli olmasa da, münasibət bildirən şəxsin ad, yaxud "başqa" sözü əks olunacaq.
Hələ ki, bu yenilik ilk olaraq Kanada, Avstraliya, Yeni Zelandiya, İrlandiya, İtaliya, Yaponiya və Braziliya kimi ölkələrdə sınaqdan keçiriləcək.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR