• DÜNYA

    07:13 11 iyul 2019

Bu təsdiqlənsə, deməli "Homo Sapiens” Avropada Afrikadan 160 min il əvvəl olub


APA “The Guardian”a istinadən xəbər verir ki, qədim kəllə parçasına Yunanıstanın cənub hissəsində yerləşən Mani yarımadasındakı Apidim mağarasında rast gəlinib.
Arxeoloqlar hesab edir ki, qiymətli tapıntının yaşı təsdiqlənərsə, nəticə etibarı ilə demək olar ki, “Homo Sapiens” Avropada Afrikadan 160 min il əvvəl mövcud olub.
Əslində sözügedən kəlllə 1970-ci illərin sonlarında Apidim Mağarasında qazıntı aparılarkən üzə çıxarılmışdı. O vaxt kəllə sümüyü qədim eksponat kimi Afinaa muzeyinə verilmişdi. Lakin bu günlərdə onun yaşını yoxlamağa qərar verən Tyübingen Universitetinin (Almaniya) tədqiqatçıları skeletin 3D modelini quraraq kompüter tomoqrafiyasından keçiriblər. Nəticə hər kəsi heyrəntləndirib.
Elm adamları kəllənin xarakterik xüsusiyyətlərini öyrənincə bu qənaətə gəlib ki, bu, “Neandertal”a deyil, məhz “Homo Sapiens”ə məxsusdur.
Bu günədək bir çox alimlər qədim insanın Afrika qitəsindən kənarda da mövcudluğu ilə bağlı müxtəlif fikirlər səsləndirib. Hətta Afrikada kənarda da təxminən 70 min il əvvəl insan yaşayışının olduğu vurğulanıb. Daha qədim insan qalıqlarına məsələn, İsrail ərazisində də rast gəlindiyi bildirilir. Lakin “The Guardian”nın da qeyd etdiyi kimi, bu, hələ ki, təsdiqini tapmayan mülahizədir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR