• DÜNYA

    09:03 21 yanvar 2020

Burkina Fasoda naməlum silahlıların kəndə hücumu zamanı 20 nəfər öldürülüb

Burkina Fasonun şimalında yerləşən Sanmatenqa əyalətinin Pissila bölgəsindəki Rofeneqa kəndinə silahlı hücum nəticəsində azı 20 mülki şəxs öldürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Naməlum silahlı şəxslər gecə saatlarında 40-a yaxın motosikletlə kəndə girərək sakinlərə atəş açıblar.

Yaraqlılar kənddəki ibtidai məktəb binasını da yandırıblar.

Qeyd edək ki, 2015-ci ildən etibarən Burkina Fasonun şimal bölgələri tez-tez radikal təmayüllü silahlı qruplar tərəfindən hücuma məruz qalır. Son dörd il ərzində təhlükəsizlik qüvvələri və mülki vətəndaşlar da daxil olmaqla, 750-dən çox insan yaraqlıların hücumu zamanı ölüb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR