• DÜNYA

    21:39 30 aprel 2019

CAR-da 1800 şaxtaçı mədəndə köməksiz vəziyyətdə qalıb

CAR-da təxminən 1800 mədənçi platin emalı şaxtasında köməksiz vəziyyətdə qalıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə "eNCA" telekanalı şaxtaya sahiblik edən "Sibanye-Stillwater" şirkətinin rəhbəri Ceyms Velstedə istinadla məlumat yayıb.

Məlumata görə, şaxtanın boşluğuna relslər düşüb. Nəticədə şaxtaçıların yolu bağlanıb.

“Biz şaxtadakı vəziyyəti tam araşdırmalı, relsləri oradan çıxarmalııq. Əgər relslərdən hansılarsa şaquli vəziyyətdə düşübsə, metal konstruksiyaların mümkün zədələnməsi ehtimalını qiymətləndirməliyik”, - Velsted belə deyib.

Onun bildirdiyinə görə, zədələnmə aşkar olunarsa, o zaman şaxtaçılar başqa marşrutla çıxarılacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR